Bərdənin rəqs kollektivi Bakı şəhər açıq kubokunda mükafatlar qazandı-FOTO
21-10-2016, 14:09
Oxunub: 9 242
Müxtəlif mötəbər tədbirlərdə, festival və yarışmalarda iştirak edən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi növbəti dəfə layiqincə təmsil olundu
Oktyabr ayının 16-da Bakı şəhərində keçirilən Azərbaycan Rəqs Assosiasiyasının və Azərbaycan Gənclər İttifaqının birlikdə təşkil etdiyi Bakı şəhər açıq kubokunda iştirak edən Bərdə şəhər 1 nömrəli uşaq İncəsənət məktəbinin rəqs sinfinin şagirdlərindən ibarət kollektiv “Bayram”, “Bərdəm”, “Uzundərə”, “Vals”, “Hind rəqsi”, “Qaraçı rəqsi”, “Sarı gəlin” rəqsləri ilə uğurlar qazanaraq fəxri fərmanlara və medallara layiq görüldülər. Rəqs kollektivinin uğurları bununla bitmir, onlar həm məktəblərinin, həm də rayonun bütün tədbirlərində layiqincə iştirak edirlər. Repertuarlarına bir-birindən gözəl, maraqlı rəqslər salan şagirdlərdən Aytac, Gülay, Arzu, Rövşanə, Səmayə, Nigar və başqaları sevdikləri rəqs sənətinin incəliklərini müəllimələri Bağdagül xanımdan öyrənirlər. Tədbirlərdə ”Uğur” rəqs qrupu kimi çıxış edən kollektivin repertuar planı zəngindir: “Reyhan”, Lalələr”, “Ağ çiçək”, “Naz-naz”, “Süleymani”, “Yallı”, “Qavalla rəqs”, “Tərəkəmə”, “Kalinka və.s. rəqsləri misal gətirə bilərik. Rəqs qrupu müəllimlərinin başçılığı ilə dahada səylə çalışaraq növbəti yarışmalarda rayonumuzun adını təmsil etmək niyətindədirlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər