İlham İsmixanoglu-Yeni şeirlər
9-03-2017, 09:42
Oxunub: 5 990
Çağırdım, ölüm gəlmədi
Kölgəm
Anam mənlə qoşa doğdu
lap yaranışdan kölgəmi.
Böyütdüm boy həvəsilə,
aşırtdım başdan kölgəmi…
Özüm ilə qoşa saldım…
Yaman bərkə-boşa saldım.
Dağa saldım, daşa saldım –
keçirtdim daşdan kölgəmi.
Çağırdım, ölüm gəlmədi.
Oldu bir zülüm, gəlmədi…
Özümə əlim gəlmədi,
asdım ağacdan kölgəmi.
Dur, gözüm önündə
Sevdim, yüz şərt qoydun qarşıma mənim,
nəyi bacarmadım şərtlər içində?
Bircə ürəyimə qoymadım səni,
qorxdum itirərəm dərdlər içində.
Nəyinə gərəkdir ürəyim axı?
Ürəyim dərdlidir, başım havalı…
Öpüb, gözüm üstə qoymuşam səni,
dur gözüm önündə, a kasıb malı!..
O dünyadan məktub
Dost! Dünyanın xəlbirindən,
ələyindən nə xəbər?
Allahından, şeytanından,
mələyindən nə xəbər?
Yoxluğumdur usandığın.
Bəsdir daha yandığın!
Zülüm ilə qazandığın
çörəyindən nə xəbər?
Ağlayırmı yazıq anam?
Etibarsız oğlanam…
Uşaqlardan nigaranam,
Ürəyimdən nə xəbər?
Göz yaşınla gül bitirdin,
qəbrim üstə gətirdin.
İlham kimi dost itirdin,
kürəyindən nə xəbər?
Səsin özgə səsə verir
Bu adam ta xırıldayır;
səsin özgə səsə verir.
Bu təngiyən nəfəsini
bir özgə nəfəsə verir.
Bu adam zəlidir, zəli...
Bu adam dəlidir, dəli...
Almağa öyrəşən əli
əzrailə nəsə verir.
Həsrər qalır ağlına da,
son qoyulur nağlına da...
Ömrünü öz oğluna da
əli əsə-əsə verir.
İlham İsmixanoglu
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər