Zvyagensevin filmi liderdir – KANN GÜNDƏLİYİ
25-05-2017, 13:21
Oxunub: 3 967
Andrey Zvyagensevin “Sevgisizlik” (“Nelyubov”) filmi 70-ci Kann festivalında iştirak edən filmlər arasında lider seçilib
Kulis.Azın rus mətbuatına verdiyi məlumata görə, Zvyagensevin dram janrında çəkdiyi film tənqidçilərdən 3,2 bal alıb.
Kinotənqidçilər rus rejissor Zvyagensevin filmini lider hesab ediblər. “Sevgisizlik” ata-anası ayrılmış 12 yaşlı bir uşaqdan bəhs edir.
İkinci yerə amerikan rejissor Todd Heynsin “Möcüzələrlə dolu dünya” (Wonderstrukc) və isveçli rejissor Ruben Estlundun “Kvadrat” filmləri seçilib. Hər iki film tənqidçilərdən 2,7 bal alıb.
“Dəqiqədə 120 zərbə” filmi ilə fransız rejissor Robin Kampillo 2, 5 balla üçüncü yeri tutub.
Siyahının sonuncu filmi Mişel Xazanaviçusun “Gənc Qodar” filmidir. Məşhur fransız rejissor Jan Lyuk Qodardan bəhs edən film tənqidçilərdən 1, 5 bal alıb.
Reytinq müxtəlif ölkələrin kinotənqidçilərinin rəyləri əsasında hazırlanır və hər gün yenilənir.
Xatırladaq ki, Kann festivalı mayın 28-ə qədər davam edəcək.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər