Kinematoqrafiya tarixinin ən yaxşı filmi seçildi
10-06-2017, 12:23
Oxunub: 5 544
"Xaç atası" filmi kinematoqrafiya tarixində ən yaxşı film adına layiq görülüb
Publika.az xəbər verir ki, reytinq Böyük Britaniyanın nüfuzlu "Empire" jurnalının kinosevərlər arasında apardığı sorğu nəticəsində müəyyənləşdirilib.
Frensis Ford Koppolanın 1972-ci ildə çəkdiyi film məşhur trilogiyanın birinci hissəsidir. Film 1945-1955-ci illər zamanı Nyu Yorkun Siciliya əsilli Korleone mafioz ailəsindən bəhs edir.
İkinci yerə 1980-ci ildə İrvin Kerşnerin çəkdiyi “Ulduz müharibələri. 5-ci epizod - İmperiya cavab zərbəsi endirir” filmi layiq görülüb. Bu lent ötən il reytinqə başçılıq edib. Üçüncü yerə 2008-ci ildə Kristofer Nolan tərəfindən çəkilən “Qara cəngavər” filmi layiq görülüb.
İlk onluğa həmçinin “Şouşenk həbsxanasından qaçış”, “Kriminal qiraət”, “Yaxşı oğlanlar”, “İndiana Cons. İtirilmiş Nuhun gəmisini axtararkən”, “Çənələr” və “Üzüklər hökmdarı. Üzük qardaşlığı” filmləri daxil olub.
Jurnalın sorğusunda 20 min kinosevər iştirak edib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər