Polad Bülbüloğlu Şuşadakı ata evini öz hesabına bərpa edəcək
11-03-2021, 11:44
Oxunub: 3 635
“Təbii ki, dahi Bülbülün Şuşadakı evini öz hesabıma bərpa edəcəyəm. Bu, mənim atamın evidir”.
Bunu açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
O qeyd edib ki, bu, onun oğulluq və vətəndaşlıq borcudur: “Bir də hamı bilir ki, bunu hörmətli Prezident İlham Əliyev televiziya vasitəsi ilə mənə tapşırıb. Təbii ki, bu, mənim üçün böyük şərəfdir. Burada heç bir sual yoxdur. Heç bir problem də yoxdur”, - deyə P. Bülbüloğlu vurğulayıb.
Səfir Bülbülün evinin bərpa layihəsinin artıq hazır olduğunu da söyləyib: “Layihə təsdiq olunan kimi mən atamın evinin bərpasına başlayacam. Heç bir köməyə ehtiyacım yoxdur. Təbii ki, ata evimi öz vəsaitim hesabıma bərpa edəcəm”.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər