BolgeXeber.Com » Mədəniyyət » Tanınmış azərbaycanlı rəssam koronavirusdan vəfat etdi

Tanınmış azərbaycanlı rəssam koronavirusdan vəfat etdi

11-05-2021, 17:20
Oxunub: 3 000 Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov vəfat edib.

Rəssam Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Qeyd edək ki, E.Zeynalov bir neçə dəfə ürək əməliyyatı keçirib.

Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib.

Rəssam uzun illər İtaliyada yaşayıb. Əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə nümayiş olunub.