BolgeXeber.Com » Mədəniyyət » Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

6-10-2022, 18:48
Oxunub: 2 536 Bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi fransalı yazıçı Anni Erno olub.
Məlumatı Nobel Komitəsi yayıb.
Qeyd edilib ki, qalibin elan olunma mərasimi İsveçin paytaxtı Stokholm şəhərində yerləşən Kral Elmlər Akademiyasında keçirilib.
Məlumat üçün bildirək ki, Anni Erno 1940-cı il sentyabrın 1-də Fransanın Lilbon şəhərində anadan olub. O, Ruan Universitetini bitirdikdən sonra orta məktəbdə ədəbiyyat fənnini tədris edib.
Anni Ernonun “Les Armoires vides” (“Boş rəflər”) adlı ilk romanı 1974-cü ildə işıq üzü görüb.