Daxili İşlər Nazirliyinin Hərbi İnstitutunda kursantlar and içib
Daxili Qoşunların Hərbi İnstitutunda keçirilən mərasim Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sük...
Daxili Qoşunların Hərbi İnstitutunda keçirilən mərasim Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Daxili qoşunların komandanının müavini, general-mayor İnqilab Muradov çıxış edərək daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb.
Qeyd olunub ki, Daxili Qoşunların döyüş yolu, tarixi əməliyyatlarda iştirakı, şəxsi heyətin qəhrəmanlıqları və Vətən müdafiəsində verdikləri töhfələr dövlətimizin tarixində şərəfli səhifələrdir.
İnstitutun rektoru, general-mayor Elçin Məmmədov isə müasir çağırışlara cavab verən ixtisaslı kadrların hazırlanmasının bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini bildirib.
Daha sonra kursantlar Vətənə sədaqət andı içiblər.
Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.