Avtomobil hissələri bahalaşdı – 40 faiz
23-02-2015, 10:01
Oxunub: 5 825
Ötən gündən başlayaraq, maşın bazarlarında avtomobil ehtiyat hissələrində ciddi artım müşahidə edilib
Bu barədə Axar.az-a maşın bazarında ehtiyat hissələri satan tacirlərdən biri məlumat verib. Onun sözlərinə görə, yeni partiya mallar gətirilməsə də, köhnə qiymətlərlə aldıqları malı bahalaşdırmağa məcbur olublar. Ticarətçi bildirib ki, əllərində olan ehtiyat hissələrini satandan sonra yeni malı yeni qiymətlərlə alacaqlar: “Avtomobil ehtiyat hissələri xaricdən gətirilir və dollarla alınır. Biz isə təbii ki, manatla satırıq. Tutaq ki, əvvəl 100 dollara aldığımız malı 120 manata satıb ən azı 50 dollar qazanc götürürdüksə, indi 165-170 manata satmalıyıq ki, gəlirimizi qoruyaq. Qiymətləri ona görə indidən qaldırdıq ki, satdığımız malın puluna yenisini alanda daha az mal almağa məcbur olmayaq və dövriyyəmiz aşağı düşməsin. Hər ehtiyat hissəsini təxminən 35-40 faiz bahalaşdırdıq ki, yeni qiymətlərlə hissələri alanda mağazalarımızı doldura bilək”. Tacirlər ötən gündən satışın nisbətən aşağı düşdüyünü və qeyri-müəyyənliyə görə çoxlarının tərəddüd etdiyini də bildirib.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər