Azərbaycanın qiymətli kağızlar bazarı çökdü
11-04-2015, 16:40
Oxunub: 5 559
Bu ilin I rübündə dövlət və korporativ qiymətli kağızlar bazarının həcmi 706,7 mln manat olub. Bu, 2014-cü ilin göstəricisinin 17,6%-idir
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsiin məlumatına görə, dövlət qiymətli kağızlar bazarı çöküb: 2014-cü ilin I rübündə dövlət QK bazarının dövriyyəsi 3 mlrd 436,5 mln manat, bu ilin eyni dövründə 61 mln manat olub. 3 ayda Maliyyə Nazirliyinin istiqrazları və AMB-nin notları yerləşdirilməyib.
Korporativ istiqrazların təkrar bazarının iki dəfə artımı (əsasən AİF-in istiqrazları) hesabına korporativ bazarda (645,7 mln manat) 14% artım olub. Səhm bazarı 53 mln manat (-77%), korporativ istiqrazlar 592,7 mln manat (+80%) olub. Səhm yerləşdirilməsi (48,3 mln manat) 79%, korporativ istiqrazların yerləşdirilməsi (15 mln manat) 60% azalıb.
Fond bazarının passivliyi fonunda BFB-da leqal Forex bazarı aktivləşib. İlin əvvəlindən törəmə qiymətli kağızların dövriyyəsi 20 min əqd üzrə 4 mlrd 179,4 mln manat olub. İnvestorlar valyuta cütləri əsasında derivativlərə (4 mlrd 109,7 mln manat) maraq göstərir.
Maraqlıdır ki, borcalanların qiymətli kağızlara marağı da azalıb. Bu ilin 3 ayında QKDK-da QK girovu üzrə 2 əməliyyat qeydə alınıb(Turan).
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman