"Manat, yoxsa dollar" məsələsinə məhkəmə aydınlıq gətirdi-VİDEO
18-04-2015, 19:19
Oxunub: 6 228
Konstitusiya Məhkəməsindən KREDİT AÇIQLAMASI: Mayın 7-dək gözləyin!
Məhkəmə kredit borclarının hansı məzənnə ilə qaytarılması barədə məsələyə aydınlıq gətirib
Konstitusiya Məhkəməsi kredit borclarının hansı məzənnə ilə qaytarılması barədə məsələyə aydınlıq gətirib.
Məhkəmənin mətbuat xidmətindən apa-ya verilən məlumatda bildirilir ki, fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərar qəbul edib. Həmin qərar vətəndaşlar arasında bir sıra suallar yaradıb.
"Qeyd edilməlidir ki, hazırda bəzi vətəndaşları kredit borcunun hansı məzənnə ilə qaytarılması sualı maraqlandırır. Mətbuatda bu barədə ayrı-ayrı vətəndaşların fikirləri də yer alıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi də soruşulur. Həmin sorğu və müraciətə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mayın 7-də baxılacaq.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir və məhkəmələr üçün məcburi xarakter daşıyır. Odur ki, məhkəmə qərarlarının obyektiv və hüquqi cəhətdən əsaslı olmasının vacibliyini nəzərə alaraq, məhkəmələr qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yekun qərarını gözləməlidir". - deyə məlumatda bildirilir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman