BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan neftinin qiyməti 86 dollara enib

Azərbaycan neftinin qiyməti 86 dollara enib

2-05-2024, 10:49
Oxunub: 552
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb.

Bolgə.TV xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2.77% və ya 2.47 ABŞ dolları azalaraq 86.63 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.