ETSN və BDYPİ birgə “Təmiz hava aylığı” tədbirlərini davam etdirir

Okt 22, 2025 - 23:13
Okt 25, 2025 - 06:01
 0  137

Son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Hesablamalara görə ölkəmizdə atmosferə atılan çirkləndirici maddələrin təxminən 88 faizi məhz avtomobillərdən atılan tullantıların payına düşür. Nasaz nəqliyyat vasitələrinin istismarı havanı çirkləndirməklə yanaşı, həm də tez-tez yollarda tıxacların yaranmasına və ağır yol qəzalarına da səbəb olur.