Deputat Sahil Babayevi Milli Məclisdə suallara cavab verməyə çağırdı
11-06-2021, 13:44
Oxunub: 4 280
"Qanuna dəyişikliklərdə deputatların təkliflərinin heç biri nəzərə alınmayıb. Ona görə də bu qanuna səs vermək çətindir”.
Bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
"Bir seçicim mənə deyir ki, komissiyadan onun təqaüdünü sərt danışdığına görə kəsiblər. Məgər sərt danışmağa görə belə edərlər? Əmək və əhalinin sosial müdafiəsi naziri gəlib Milli Məclisdə pensiyalarla, əlilliklə bağlı məsələlərə aydınlıq gətirməlidir. Yeni qanunlar qəbul edilərkən Azərbaycanın öz durumu əsas götürülməlidir. İnsanları narazı salmadan təqaüdlərin müəyyənləşməsində obyektivliyi və yeni yanaşmaları tətbiq etmək olar. Faizlər necə hesablanacaq və həmin qurumlar kimlər olacaq, onlar yalançı pensiya verənlərdən fərqlənməyənə qədər mən bu qanuna səs verə bilmərəm” - deputat vurğulayıb.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər