Azərbaycanda dördüncü doza vaksin məcburi olacaq? - AÇIQLAMA
26-08-2022, 12:30
Oxunub: 4 176
Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bu artım əhali arasında bir sıra şayiələrin yayılmasına gətirib çıxarır. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında dördüncü doza vaksin məcburi olacaq.
Bolgexeber.com xəbər verir ki, məsələ ilə bağlı Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, hazırda dördüncü doza vaksinin məcburiliyi real deyil.
"Hal-hazırda Azərbaycan COVID-19 vaksinin dördüncü dozası mümkündür. Amma bu könüllülük prinsipi əsasında olur. Əgər şəxsin ən sonuncu vaksinasiyasından 6 ay keçibsə, təkrar vaksinasiya edə bilər. Payız aylarında yoluxma sayı artsa, dördüncü doza vaksin ola bilər. Lakin bunu əvvəldən demək doğru deyil. Məcburi xarakter o zaman daşıya bilər ki, yoluxma sayı, xəstəxanalara yerləşdirmə ehtiyacı, ağır xəstə riskləri artsın. Əgər xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanaya yatış tələbi artarsa, qarşıdakı günlərdə bəzi məhdudiyyətlər tətbiq oluna bilər. Təbii ki, bu məhdudiyyətlər arasında təkrar vaksinasiya, dördüncü doza məcburi ola bilər. Amma bu gün üçün mən dördüncü dozanın məcburiliyini real hesab etmirəm",- deyə V.Əliyev bildirib.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes