BolgeXeber.Com » Müsahibə-Reportaj » Azərbaycanda koronavirusun son mübarizəsi – Hansı qadağalar olacaq? – AÇIQLAMA

Azərbaycanda koronavirusun son mübarizəsi – Hansı qadağalar olacaq? – AÇIQLAMA

9-09-2022, 14:21
Oxunub: 3 736

“Hazırda Azərbaycanda koronavirusun son mübarizəsi gedir. Virusun təsir imkanı getdikcə azalır və onun öldürücülük qabiliyyəti xeyli aşağı düşür. Xəstələrdə ağırlaşma halları az müşahidə edilir. Lakin yoluxma indeksi yüksəkdir. Bu pandemiyanın sonuna getməsinə işarədir. Bir zaman sönmə baş verəcək”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Tibb elmləri doktoru hesab edir ki, ölkədə sərt karantin tədbirlərinin görülməsinə ehtiyac yoxdur: “Xüsusilə ayrı-ayrı sahələrdə qapanmaların olmasına ehtiyac yoxdur. Onsuz da müəyyən qapanmalar var. Sərhədlər bağlıdır, iri ticarət mərkəzinə vaksin pasportsuz buraxmırlar. Fikrimcə, bundan sərt qapanmaların olmasına gərək yoxdur.

Azərbaycan koronavirusdan ölüm sayının artması yoluxma sayının artmasına uyğun baş verir. Həyatını itirənlərin çoxu vaksin olunmayanlar, yanaşı xəstəlikləri olan insanlardır. Hazırda bu xəstəlik əvvəlki dalğalarla müqayisədə xeyli yüngül keçir.