Mingəçevirdə III MDB Oyunları təhlükəsiz şəraitdə başa çatdı
III MDB oyunları çərçivəsində Mingəçevir şəhərində keçirilən yarışlar bu gün təhlükəsiz şəraitdə başa çatıb.
“Bolge.Tv” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu müddət ərzində DİN-in əməkdaşları tərəfindən ictimai asayişin qorunması və hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması istiqamətində fasiləsiz xidmət təşkil olunub. Polisə edilən müraciətlərə operativ reaksiya verilib, həmçinin idmançıların, şəhərə gələn qonaqların və sakinlərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilib.