Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Okt 4, 2025 - 10:19
Okt 4, 2025 - 10:43
 0  17

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.