Bakıdakı dəhşətli qətlin üstü açıldı
6-03-2015, 14:34
Oxunub: 4 927
Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu Bakının Nərimanov rayonunda baş verən qətl hadisəsilə bağlı məlumat yayıb
Prokurorluğun mətbuat xidmətindən BOLGEXEBER.COM-a verilən məlumata görə, Nərimanov rayon hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin açılması təmin edilib. Fevralın 28-də saat 23 radələrində rayonun A.Heydərov küçəsi, ev 2 mənzil 16-da kirayədə yaşamış Əliyev Bəxtiyar Mayıl oğlunun bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Kürdəmir rayon sakini, Məlikov Nicat Əliheydar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. N.Məlikov həyata keçirilən istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verib. O, qətl hadisəsindən sonra B.Əliyevin yaşadığı mənzildən oğurladığı mərhuma məxsus mobil telefon, kompüter və digər əşyaları istintaq orqanına təqdim edib. Həmin əşyalar maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər