BolgeXeber.Com » Xəbərlər » Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı beynəlxalq tədbirlərdə iştirak edib
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı beynəlxalq tədbirlərdə iştirak edib
11-03-2015, 18:38
Oxunub: 4 831
Türkiyənin Böyük iyirmilərin sammitinə(G20) sədrliyi dövründə Azərbaycan Respublikası xüsusi dəvətli ölkə olaraq G20 tədbirlərinə dəvət olunmuşdur
Həmin dövrdə şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) istiqamətində Antikorrupsiya üzrə işçi qrupun iclaslarının keçirilməsi nəzərdə tutulmuşdur.
BOLGEXEBER.COM xəbər verir ki, martın 4-5-də İstanbul şəhərində Antikorrupsiya üzrə işçi qrupun ilk iclası keçirilmişdir.
Tədbirdə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının qiymətləndirmə mexanizmləri, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq, dövlət və özəl sektorun şəffaflığı,yüksək riskə malik sektorlarda korrupsiyanın qarşısının alınması və digər məsələlər müzakirə edilmişdir.
Antikorrupsiya üzrə işçi qrupun ilk iclasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir
Bundan başqa, O.İsayev martın6-da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Türkiyə hökuməti tərəfindən təşkil edilmiş 5-ci yüksək səviyyəli konfransda da iştirak edərək müzakirə edilən məsələlərlə bağlı iştirakçı ölkələrin nümayəndələri ilə səmərəli fikir mübadiləsi aparmışdır.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman