BolgeXeber.Com » Xəbərlər » Bakı Dəmiryol Vağzalında bilet böhranı

Bakı Dəmiryol Vağzalında bilet böhranı

20-03-2015, 06:53
Oxunub: 4 537 Bakı Dəmiryol Vağzalında bilet böhranıBakı Dəmiryol Vağzalında gərginlik yaşanır

BOLGEXEBER.COM arqument.az-a istinadən xəbər verir ki, hazırda Bakı Dəmiryol Vağzalında bayramla əlaqədar gərginlik yaşanır.

Belə ki, biletsiz sərnişinlər rüşvət müqabilində qatarlara buraxılır. Bakı-Astara istiqamətində hərəkət edən qatarlarda isə vəziyyət daha dözülməzdir. Biletin qiyməti 5 manat olduğu halda, qatar bələdçiləri biletsiz sərnişinlərdən 10 manat tələb edir. Bundan başqa, biletsiz sərnişinləri vaqonlara yerləşdirən bələdçilər onunların yolçuluğuna da əngəl yaradır.

Sərnişinlər bir yerdə 3 nəfər olmaqla yol getməyə məcbur edilir. Ən dəhşətlisi isə odur ki, sərnişinlərin bir çoxu 10 saatlıq yolu ayaq üstə getmək məcburiyyətində qalıblar.