“Riyad-Farm” çökdü: 2414 nəfər işsiz qalır
21-05-2015, 11:11
Oxunub: 4 364
Səhiyyə Nazirliyi “Riyad-Farm” MMC-yə verilmiş lisenziyanı geri almayıb. Şirkət ona məxsus aptekləri öz istəyi ilə bağlayır
Bunu virtualaz.org saytına Səhiyyə Nazirliyindən bildiriblər. Nazirlikdən qeyd ediblər ki, nazirlik tərəfindən “Riyad-Farm”MMC ilə bağlı araşdırma aparmayıb.
Qeyd edək ki, “Riyad-Farm” MMC mayın əvvəlindən Bakıda və bölgələrdəki apteklərinin fəaliyyətini dayandırır.
Şirkətə məxsus apteklərdən virtualaz.org saytına bildiriblər ki, apteklərin bağlanmasına səbəb şirkətin müflüsləşməsidir. Belə ki, martın əvvəlindən dərman qıtlığı yaranıb: “Sifariş verilən dərmanların gətirilməsində problemlər yaranmışdı. Satıcıların isə mart, aprel aylarının maaşları verilməyib. Bəzi apteklərdə çalışanlar 3 aylıq əməkhaqqını ala bilməyib. Lakin işçilərdən əlaqə nömrələri götürülüb, problem həll olunandan sonra maaşların ödəniləcəyinə söz verilib. Aptek və bazadakı yerdə qalan dərmanlar dəyər-dəyməzinə satışa çıxarılacaq”.
Onu da qeyd edək ki, “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Şirkətin Beynəlxalq Banka 200 milyon dollar borcu olduğu haqqında məlumat yayılıb.
“Riyad-Farm” son günlərə kimi əczaçılıq bazarında qabaqcıl distribütorlardan biri olub. Şirkət beynəlxalq əczaçı şirkətləri ilə bağladığı birbaşa müqavilələr əsasında dərman vasitələrini Azərbaycan bazarına gətirən ən böyük idxalçılardan biridir.
“Riyad-farm” 1998-ci ilin mart ayında təsis edilib. Şirkətin Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran, Şirvan, Quba, Cəlilabad və Biləsuvarda 20-dən çox filialı və 40 aptekdən ibarət şəbəkəsi fəaliyyət göstərib. Bundan əlavə, “Riyad-Farm” tərəfindən gətirilən 5000-ə yaxın dərman preparatı və tibbi ləvazimatları apteklərə paylanıb. Şirkətin 2414 nəfər işçisi olub.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman