Cəlilabadda özünü yandıran şəxsin qardaşı açıqlama verdi
21-05-2015, 18:20
Oxunub: 4 577
Mirşamil Mürsəlov əvvəl də dediyi kimi qardaşının intiharında çoxsaylı şikayətlərinə biganə yanaşan yerli hüquq-mühafizə və prokurorluq orqanlarını günahkar bilir
Bildiyiniz kimi Cəlilabad rayon sakini, Qarabağ müharibəsi və 20 Yanvar hadisələrinin iştirakçısı Mirtahir Mürsəlov mayın 19-da özünü rayon polis şöbəsinin binası önündə yandırıb.
Mirşamil Mürsəlov qardaşını dərhal Bakıya gətirərək 5 saylı xəstəxanaya yerləşdirsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Mayın 20-si günorta saatlarında M.Mürsəlov həyatını itirib.
İntiharın səbəblərinə gəlincə, M.Mürsəlov qardaşının bir qrup rayon sakinilə mübahisəsi düşdüyünü, bu şəxslərin fiziki zorakılığına məruz qaldığını söyləyib. Bu haqda rayon hüquq-mühafizə orqanlarına dəfərlələ müraciət etsə də şikayətinə baxılmayıb. M.Mürsəlov bu şəxslərin “pul gücünə” qardaşının şikayətini örtbasdır edə bildiklərini söyləyib. Elə bu məmur biganəliyinin də Qarabağ müharibəsi iştirakçısını intihara sürüklədiyini söyləyib.
Qarabağ Qazilər Birliyindən turan-a verilən xəbərə görə, M.Mürsəlov rayonda narkotik satan bir qrupun təqiblərinə, hətta fiziki zorakılıqlarına məruz qalıb. Hər dəfə də M.Mürsəlov fiziki zorakılığa məruz qalması haqda hüquq-mühafizə orqanlarına müraciət edib, amma müraciəti cavabsız, araşdırılmamış qalıb. Bütün bu etinasızlıqlara cavab olaraq M.Mürsəlov özünü yandırmağa qərar verib.Bəzi mətbu orqanlar bu məsələdə Cəlilabad rayon icra hakimiyyətinin də adını hallandırır və yerli rəhbərliyi də Qarabağ müharibəsi iştirakçısı Mirtahir Mürsəlovun intiharında günahlandırır.Lakin məsələ ilə bağlı mərhum Mirtahir Mürsəlovun qardaşı Mirşamil Mürsəlov BOLGEXEBER.COM-a verdiyi açıqlamasında bildirdi ki,qardaşının intihar dərəcəsinə çatdırılmasında Cəlilabad rayon icra hakimiyyətinin heç bir günahı yoxdur. Mirşamil Mürsəlov əvvəl də dediyi kimi qardaşının intiharında yalnız onun çoxsaylı şikayətlərinə biganə yanaşan yerli hüquq-mühafizə və prokurorluq orqanlarını günahkar bilir. Mirşamil Mürsəlov bəzi saytlarda onun adından qardaşının ölümündə guya Cəlilabad rayon icra hakimiyyətini ittiham etməsi haqda yayılan xəbərləri tamamilə yalan adlandırır.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman