BolgeXeber.Com » Xəbərlər » Həbsdəki jurnalistdən xəbər var

Həbsdəki jurnalistdən xəbər var

22-05-2015, 10:49
Oxunub: 3 559 Həbsdəki jurnalistdən xəbər var"Mayın 15-də Gəncə Ağır Cinayətlər Məhkəməsində 7Gun.az saytının baş redaktoru, jurnalist, hüquq müdafiəçisi Cavid Şirəliyev barəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri - hədə-qorxu ilə pul tələbetmə ittihamı ilə məhkəmənin hazırlıq iclası olub"

Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.

Onun sözlərinə görə, Cavid Şirəliyevin həbsi sifarışlıdir: "Cavid Şirəliyev özü bildirir ki, hüquq müdafiəçi olduğu dövrdə insan alverilə bağlı silsilə yazılar vermiş və nəticəsində Mütəşəkkül Cinayatkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən şərlənərək tutulub. Onun barəsində şikayət etmiş şəxs haqqında ondan əvvəl Cinayət Məcəlləsinin 244-ci maddəsilə (Əxlaqsız yuvaları saxlama ittihamı) ilə cinayət işi başlanıb".

Vəkili bildirir ki, barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 04 may 2015-ci ildə bitsə də, 2 saylı İstintaq Təcridxanasının rəisi Cinayət prosessual qanunvericiliyini kobud şəkildə pozaraq C.Şirəliyevi azad etməmişdi: "İstintaq dövründə isə məsələ onun özünəinamı nəticəsində ictimailəşdirilməyib".

Qeyd edək ki, hazırda məhkəmə prosesində Cavid Şirəliyevin hüquqlarını N.Kərimli müdafiə edir.

arqument.az