Kürdəmirdə tanınmış biznes-ledi Hacı Sahibə öldürüldü
26-05-2015, 12:15
Oxunub: 5 024
Öldürülən biznesmenin yanacaqdoldurma məntəqəsi və başqa obyektləri olub
Kürdəmir rayonunda qətl törədilib.
BOLGEXEBER.COM lent.az-a istinadən xəbər verir ki, mayın 25-də gecə saatlarında rayonun Heydər Əliyev prospektindəki evin həyətində iş adamı, 1954-cü il təvəllüdlü Hacıəliyeva Sahibə Məhəmməd qızı 1990-cı il təvəllüdlü Nüsrətilov Şaiq Şahin oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisənin mübahisə zəminində törədildiyi bildirilir. Ş.Nüsrətilov saxlanılıb.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən S.Hacıəliyeva Kürdəmirdə, eləcə də bölgədə tanınmış biznesmenlərdən olub. Hacı Sahibə adı ilə tanınan iş adamının şəxsi yanacaqdoldurma məntəqəsi, eləcə də xeyli digər obyektləri olub.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman