Azərbaycanda internetdə yenə problem olacaq
17-11-2015, 14:08
Oxunub: 2 335
Azərbaycanın ilkin provayderi "Delta Telecom" şirkətində qoşulma xətlərinin birində baş vermiş yanğından sonra elektrik şəbəkəsindəki problemlərə görə DATA mərkəzin ehtiyat sistemini istifadə etmək mümkün olmayıb
Bunu şirkətdən deyiblər.Şirkətdən bildiriblər ki, elektrik şəbəkəsindəki problemlərlə əlaqədar yüksək voltlu hissəni və ayrı-ayrı yarımstansiyaları söndürmək məcburiyyətində qaldıq.
Qeyd edək ki, ötən gün Azərbaycanın, demək olar, bütün ərazisində internet kəsilmişdi.
11:48
Azərbaycan ərazisinin 90 faizini internetlə təmin edən "Delta Telekom" MMC dünən baş vermiş problemə aydınlıq gətirib.
"Delta Telekom" şirkətindən verilən məlumata görə, problemlə əlaqəli bəzi yerlərdə internetin sürəti zəif olacaq:
"Dünən yaranmış problem tam olaraq aradan qaldırılıb. Problem texniki nasazlıq səbəbindən yaranmışdı. Hazırda hər şey qaydasındadır. Azərbaycan ərazisi internetlə tam təmin olunub. Ola bilər ki, müəyyən ərazilərdə sürətlə bağlı problem olsun. Hazırda onlar da bərpa olunur".
Qeyd edək ki, ötən gün saat 16:00 radələrindən axşam saat 22:00-dək ölkə üzrə internetə çıxış mümkün olmayıb. Buna səbəb kimi ölkənin əsas internet ötürücüsü olan "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğın göstərilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər