Müəllimlər 2 aydır maaşlarını ala bilmirlər... - Nazirliklərsə susur
17-11-2015, 15:33
Oxunub: 2 134
Sentyabrın 15-dən etibarən respublikanın ümumtəhsil məktəblərində yeni tədris ili başlayıb
Artıq iki aydır ki, müəllimlər siniflərdə şagirdlərə dərs deyir. Lakin elə bu qədər zamandır ki, bəzi regionlarda işləyən müəllimlər əmək haqlarını ala bilmirlər. Noyabrın ilk on günlüyünə qədər bu problem respublikanın əksər rayon və kəndlərində müşahidə olunur və müəllimlər narazılıq edirdilər. Noyabrın ilk on günlüyündən sonra müəllimlərin iki aylıq ciləsi bitsə də, bəzi rayonlarda bu problem hələ də qalmaqdadır. Konkret olaraq Cəlilabad və Biləsuvar rayonlarının müəllimləri hələ də iki aylıq maaşlarını ala bilməyiblər.
Modern.az saytı məsələ ilə bağlı aidiyyatı qurumlardan münasibət öyrənməyə çalışsa da, konkret cavab verən olmayıb.
Maliyyə Nazirliyindən məsələ ilə bağlı heç bir məlumat verilməyib. Bildirilib ki, bununla bağlı Təhsil Nazirliyindən münasibət öyrənilməlidir. Təhsil Nazirliyindən isə bu cür məsələlərlə bağlı hər zaman bildirilir ki, yerlərdəki Təhsil şöbələri onlar tərəfindən maliyyələşdirilmədiyi üçün bu haqda məlumat verə bilməyəcəklər. Onlar yalnız yerlərdəki Təhsil şöbələrinə bununla bağlı tövsiyə verə bilərlər.
Təhsil Nazirliyinə müəllimlərin əmək haqlarının iki aylıq gecikdirilməsi ilə bağlı göndərdiyimiz sorğuya hələlik cavab verilməyib və bildirilib ki, məsələ araşdırılır və nəticə olan kimi cavab veriləcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 26-09-2023, 17:46 : Çay Üzü kəndinə təbii qaz verilib
Xəbərlər / Ölkə
- 26-09-2023, 09:43 : Qənirə Paşayevanın son durumu açıqlandı
Xəbərlər / Ölkə
- 12-09-2023, 18:00 : Messi 11 milyona villa aldı
İdman / Xəbərlər
- 15-09-2023, 18:48 : Tərtərin Azad Qaraqoyunlu kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binası istifadəyə verilib
Bölgə / Xəbərlər
- 30-09-2023, 18:18 : Ermənistandan açılan snayper atəşi: şəhidimiz var - MN
Xəbərlər / Ölkə