BolgeXeber.Com » Xəbərlər » Bakı Slavyan Universitetindən tələbələrə qeyri-adi təklif: “"Qreçka" bahadırsa gedin dönər yeyin”

Bakı Slavyan Universitetindən tələbələrə qeyri-adi təklif: “"Qreçka" bahadırsa gedin dönər yeyin”

19-11-2016, 14:09
Oxunub: 3 109 Bakı Slavyan Universitetindən tələbələrə qeyri-adi təklif: “"Qreçka" bahadırsa gedin dönər yeyin”Yoxsa tələbə dönəri kənardan universitetə daşımalıdır?

Ali Təhsil müəssisələri bütün ölkələrin əsas elm və mədəniyyət mərkəzi kimi qiymətləndirilir. Hətta Ali məktəblərimizin qoşulduğu Boloniya Bəyannaməsində də göstərilir ki, Universitetlər həm də mədəniyyət daşıyıcılardır. Məsələn, universitetdə rüşvət varsa, rektor - müəllim, rektor - tələbə münasibətləri normal deyilsə, mədəniyyətdən söhbət belə gedə bilməz.

İndiki şəraitdə rektorların kollektivlə səmimi münasibətdə olması olduqca vacibdir. Nümunə kimi ölkə başçısının idarəetmə sistemində mədəni və praqmatik mühitin yaradılması istiqamətində atdığı addımları göstərmək olar. Konkret olaraq Ali məktəblərdə hansısa narazılıq dərhal sosial mühitə daşınır və bunu da ictimailəşdirməmək mümkün olmur.

Son dövrlər Bakı Slavyan Universitetində baş verən olaylar ona görə geniş işıqlandırıldı ki, yeni təyin olunmuş rektora qədər bu ali məkəb nümunəvi ali məktəblər sırasında idi və buna görə də neqativ olaraq demək olar ki, heç nə yazılmamışdı.
Lakin sükutu Nurala Əliyeva pozdu. O, Kollecdən gətirdiyi kadrları Universitetin təcrübəli kadrlarından üstün tutmaqla ayrı-seçkilik yaratdı. “Nisyə” etdiyi təmiri kollektivin gözünə “soxmağa” çalışdı. Bu Universitetdə indiyə qədər olmayan regionçuluğun elementləri görünməyə başladı və s. Elə bu səbəbdən də öz ənənəsi olan ali məktəbdə oxuyan tələbələr və müəllimlər narazılıqlarını qəzetlərə və sosial şəbəkələrə ötürməyə başladılar, bu təbii qəbul olunmalıdır. Gizli saxlanılan məsələlər sonradan “radioaktiv şüalanma effekti” verir.

Yeri gəlmişkən, Bakı Slavyan Universitetindən Moderator.az - a yenə maraqlı məlumat daxil olub. Tələbələr Universitetdə “qreçka” dediyimiz yeməyin bahalı olduğunu rektora bildiriblər. Nurlana xanımın cavabı orijinal olub: “Bahadırsa gedin dönər yeyin”. Tələbələrin cavabı ondan da orijinal olub. Onlar kütləvi şəkildə ayaqlarını yerə döyəcləyiblər. Universitetin iki yeməkxanası ola-ola tələbə niyə dönər yeməlidir, Nurlana xanım! Özü də indi hamı dönərin zərərindən danışır. Maraqlıdır, Bakı Slavyan Universitetində dönərxana açılıb? Yoxsa tələbə dönəri kənardan universitetə daşımalıdır?
Bolgexeber.com