Abunəçidən “Azercell”ə şok mesaj: “Haramınız olsun”
19-11-2016, 15:41
Oxunub: 1 899
Elə gün yoxdur ki, “Azercell” mobil operator şirkətindən şikayət olmasın
Politika.Az-a daxil olan növbəti məlumatda abunəçi Leyla İbrahimli üsyan edib.
Onun sözlərinə görə, mənasız mesajlardan zinhara gəlib. “Mesaj göndərib əsəbimi pozmağı bir yana, boş yerdən hesabımdan pul çıxır. Ay Azercell, nə o iyrənc mesajları göndər mənə, nə də hesabımdan kontur çıx.
Deməli mesaj gəldi ki, Türkiyədə millət vəkili ilə bağlı nəsə olub. Uzun bir mesaj idi. Bunlar özləri bilərəkdən uzun mesaj göndərir ki, mənim kimi səbri çatmayanlar oxumasın.
Mesajı ekrandan silmək üçün “ok” düyməsini basdım. Vəssalam, iş bitdi, orda 24 qəpik yazılsa da mənim 70 qəpiyim uçub getdi. Haramınız olsun.
Öz millət vəkillərimiz gülməyə bəs edir, türklərə heç vaxt qalmır. Görəsən nə edim ki bu keyfiyyətsiz, işini bilməyən Azercell mənə o mənasız mesajlarını göndərib cinlərimi oyatmasın?”,- deyə abunəçi qəzəblə sual edir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman