BolgeXeber.Com » Xəbərlər » “Baku Electronics”dən ağılasığmaz fırıldaqçılıq - Müraciət

“Baku Electronics”dən ağılasığmaz fırıldaqçılıq - Müraciət

21-11-2016, 12:25
Oxunub: 3 407 “Baku Electronics”dən ağılasığmaz fırıldaqçılıq - Müraciət“2015-ci ilin avqustunda “Baku Electronics” şirkətinin Azadlıq prospektində yerləşən mağazasından 640 manat ödəməklə 60 kvadrat “BOSCH” kondisioneri almışam. 2016-ci ilin avqustunda (1 ili bitməmiş) kondisioner xarab olub”

Bu sözləri Politika.Az-a şikayət məktubunda Zamin Abbasov Zakir oğlu yazıb. Onun sözlərinə görə, şirkətin ustaları tərəfindən qüsur aşkarlanıb:

“Ustalar hansısa detalın xarab olduğunu və dəyişməsinin vacib olduğunu bildirdilər. Dedilər ki, bu işin düzəlməsi bir ay çəkəcək. Bir ay sonra dedilər ki, kondisioneri təmir eləmək mümkün deyil. Ona görə də istehsalçı zavodun göstərişinə əsasən kondisioner yenisi ilə əvəz edəcəklər.

İki ay gözlədikdən və xeyli müraciətlərdən sonra kondisioneri söküb apardılar. Mağazada mənə bildirdilər ki, yalnız kondisionerin pulunu qaytara bilərlər. Kondisioneri dəyişməkdən imtina etdilər.

Mənə bildirdilər ki, 1 il əvvəl aldığım kondisionerin qiyməti indi daha bahadır. Ona görə də ya əlavə ödəniş etməliyəm ya da pulu geri almalıyam.

1 il əvvəl ödədiyim pula isə indi heç bir kondisioner almaq mümkün deyil. Mən onlara izah etməyə çalışdım ki, kondisionerə 3 il zəmanət veriblər”.

Z.Abbasov qeyd edib ki, “Baku Electronics” 3 illik zəmanətin arxasında durmalıdır: “Binəqədi rayon məhkəməsi olmaqla, Respublika Prokurorluğuna, Daxili İşlər orqanlarına, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciet edirəm”.
Bolgexeber.com