BolgeXeber.Com » Xəbərlər » ABŞ Dövlət Departamenti: Cənubi Osetiya və Abxaziya Gürcüstanın ayrılmaz tərkib hissəsidir
ABŞ Dövlət Departamenti: Cənubi Osetiya və Abxaziya Gürcüstanın ayrılmaz tərkib hissəsidir
8-04-2017, 12:07
Oxunub: 2 291
ABŞ Dövlət Departamenti aprelin 9-da Gürcüstanın separatçı Cənubi Osetiya regionunda keçiriləcək “prezident seçkiləri” və addəyişmə “referendumu” barədə bəyanat yayıb
Bolgexeber.com xəbər verir ki, APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin bəyanatında bildirilir ki, ABŞ bu “seçkiləri”, eləcə də martın 12-də Gürcüstanın digər işğal olunmuş bölgəsi – Abxaziyada keçirilmiş “parlament seçkiləri”ni tanımır:
“Qanunsuz seçki və referendum Gürcüstan ərazisində ölkə hökumətinin icazəsi olmadan keçiriləcək.
ABŞ Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam dəstəkləyir. Bizim Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyimiz aydın və daimidir. Bu regionlar Gürcüstanın ayrılmaz tərkib hissəsidir”.
Qeyd edək ki, separatçılar referendumda Cənubi Osetiyanın adını “Cənubi Osetiya Respublikası – Alaniya dövləti” şəklində dəyişdirməyə hazırlaşır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər