BolgeXeber.Com » Xəbərlər » Aprel döyüşlərində Moskva məktəbliləri "Qarabağ Azərbaycandır" kampaniyasına qoşulmuşdurlar

Aprel döyüşlərində Moskva məktəbliləri "Qarabağ Azərbaycandır" kampaniyasına qoşulmuşdurlar

8-04-2017, 13:19
Oxunub: 4 021 Aprel döyüşlərində Moskva məktəbliləri "Qarabağ Azərbaycandır" kampaniyasına qoşulmuşdurlar  Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurma fonunda gənclər sosial mediada informasiya müharibəsinə başlayıb

Azərbaycanlılarla ermənilər arasında sosial şəbəkələrdə müxtəlif həştəqlər altında savaş gedir.
" Gənc Heydərçilər Klubu ”-nun eks-prezidenti Nicat Müslümov Turkiye.az-a bildirib ki, 2016-cı il aprelin 1 – 5 kimi aprel döyüşlərində Azərbaycanlı gənclər sosial şəbəkələrdə erməni aktivistlərin cavabını vermək üçün fəallıq göstərmişdir : O,zaman GHK başlatdığı «Qarabağ Azərbaycandır» askiyası gənclər arasında gedirdi . 10-a yaxın tam orta məktəb , 10-a yaxın ali təhsil oçağı bir çox region gəncləri və Türkiyə , Gürcüstan Moskvadan «Qarabağ Azərbaycandır» askiyasına qoşulmuşdurlar
Moskvada 460 saylı tam orta məktəbin şagirdləri Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün " Gənc Heydərçilər Klubu ”-nun başlatdığı «Qarabağ Azərbaycandır» askiyasına qoşulublar. Şagirdlər Qarabağın işğalından 20 ildən çox vaxt keçsə də, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə ürəkdən inandıqlarını vurğulayıblar. "Hazırda Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi kəskin vəziyyətdədir. Biz düşmən ölkə ilə 26 ildir ki, müharibə şəraitindəyik. Atəşkəs elan edilsə də, Ermənistan demək olar ki, hər gün atəşkəsi pozur və bununla yanaşı, bütün dünyaya haqqımızda yalan informasiyalar yaymağa davam edir. Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan arasında başlayan informasiya müharibəsinin tarixi Qarabağ müharibəsindən çox-çox əvvələ təsadüf edir. SSRİ dönəmində Ermənistan Azərbaycana qarşı gizli informasiya müharibəsinə əl ataraq tarixi saxtalaşdırıb, tarixi yerlərimizin adını dəyişdirib. Artıq 3 gündür ki, sosial şəbəkə məlumatlarında erməni tərəfi dezinformativ məlumat paylaşır. Çox sevindirici haldır ki, gənclər sosial şəbəkələrdə xüsusilə facebook, tvitterdə erməni aktivistləri tərəfindən gündüz və gecə paylaşılmış bütün məlumatlara layiqli cavab verir". Sonda " Gənc Heydərçilər Klubu ”-nun eks-prezidenti Nicat Müslümov bildirib ki «Qarabağ Azərbaycandır» askiyasına qoşularaq dünya ictimaiyyətini Azərbaycanın haqq səsini eşitməyə çağırdilar . Məktəb şagirdləri yekdilliklə cənab Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqlarını vurğulayıb, gələcəkləri olduqları Azərbaycan dövlətçiliyinin ətrafında daim yumruq kimi birləşəcəklərini əminliklə ifadə ediblər.