BolgeXeber.Com » Xəbərlər » Görmə qabiliyyətini yaxşılaşdıran film-VİDEO

Görmə qabiliyyətini yaxşılaşdıran film-VİDEO

10-04-2017, 16:05
Oxunub: 1 915 Görmə qabiliyyətini yaxşılaşdıran film-VİDEOİnternetdə izlədikdən sonra görmə qabiliyyətini yaxşılaşdıran və gözlərin yorğunluğunu aradan qaldırmağa kömək edən film yayılıb

İKT.lent.az-ın xəbərinə görə, “YouTube”da yerləşdirilən video maraqla qarşılanıb.

Müasir insanın həyat tərzi elədir ki, gözlər gün ərzində həddən artıq yüklənir və gərginlikdə olur. Belə ki, insanlar günün əksər hissəsini kompüter, planşet və smartfonların qarşısında keçirirlər. Bu cür həyat tərzi gözündə problem olan insanların sayının artmasına səbəb olur. Xüsusilə də bu problemlər daha erkən yaşlarda başlayır.

“YouTube”də yerləşdirilmiş videoçarxın müəllifi inanır ki, bu filmin izlənilməsi zəifləmiş görmə qabiliyyətinin əməliyyatsız bərpasına və linzalardan imtina etməyə kömək edəcək. Videoda görmənin yaxşılaşdırılması üçün faydalı məsləhətlər verilib və effektiv məşğələlər əksini tapıb.

Videoçarx müəllifinin sözlərinə görə, daha yaxşı effekt üçün bu cür hərəkətləri gündə iki dəfə etmək lazımdır.