BolgeXeber.Com » Xəbərlər » Ziya Məmmədovun qohumu stadionu niyə pambıq zavoduna verib? - İddia

Ziya Məmmədovun qohumu stadionu niyə pambıq zavoduna verib? - İddia

24-04-2017, 11:47
Oxunub: 1 923 Ziya Məmmədovun qohumu stadionu niyə pambıq zavoduna verib? - İddiaUcar sakinləri şəhər stadionunun bərbad vəziyyətdə olmasından şikayət edirlər

Sahəsi təxminən bir hektar olan stadion baxımsızlıq ucbatından artıq istifadəyə yararsız hala düşüb, ərazini kol-kos və qamışlıq basıb.

Stadionun oturacaqları tamamilə dağılıb. İllər öncə həmin ərazidə rayon tədbirləri keçirilib. Gənclər asudə vaxtlarını səmərəli keçirmək üçün stadiondan istifadə ediblər.

Amma indi sakinlər hansısa tədbirin keçirilməsinə zərurət yarandıqda qonşu rayonlara gedirlər. Bu da sakinlərin həm vaxt itkisinə, həm də əlavə xərc çəkməsinə səbəb olur.

Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva məsələ ilə bağlı bildirib ki, stadion Ucar Pambıqtəmizləmə Zavodunun balansındadır.

Bu səbəbdən Rayon İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil. Başçı müavininin bu açıqlaması özünü rüsvay etməkdir. Pambıqtəmizləmə zavoduna stadion niyə verilməlidir?

Hər halda zavod stadionda pambıq əkmir. O halda niyə avdun balansındadır? Bu suala aydınlıq gətirilməyib.

Ucarın icra başçısı Mənsur Məmmədov stadionu böyük ehtimalla zavoda peşkəş edib. Ən yaxşı halda ondan əvvəlki icra başçısı bunu edib. Ucarın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olduğunu bilməyən yoxdur.
Məmmədovun dövründə Ucarın problemləri birə beş artıb, qanunsuzluq ikiqat çoxalıb. Ucar rayon icra başçısı, adı tez-tez mətbuatda hallanan Mənsur Məmmədov üçün karyerasının finişi çatıb

Daxil olan məlumata görə, sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacaq.

Mənbənin bildirdiyinə görə, nazirin yaxın ətrafı iqtidardakı postlarından təmizlənir. Çemodan əhval-ruhiyyəsində olan Ucar rayon icra hakimi sərəncama göndəriləcəyindən xəbərdardır.

M.Məmmədov Göyçaydan Ucara icra başçısı təyin olunub və hər iki rayonun büdcəsini talamaqla məşğul olub. Onun bu rayonlarda hektarlarla ərazisi, villaları, obyektləri var.

Keçmiş nazir qohumunun himayəsi hesabına uzun müddət vəzifə tutmuş M.Məmmədov tunelin sonuna çatdığını görür. ulus.az//
Bolgexeber.com olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!