BolgeXeber.Com » Xəbərlər » İcra başçısının müavini işdən qovuldu - Cırılmış bayraq məsələsi

İcra başçısının müavini işdən qovuldu - Cırılmış bayraq məsələsi

25-04-2017, 14:28
Oxunub: 1 916 İcra başçısının müavini işdən qovuldu - Cırılmış bayraq məsələsiTovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Mahir İsa oğlu Həsənov vəzifəsindən azad edilib

Bolgexeber.com xəbər verir ki, bu barədə "Report"a RİH-dən bildirilib.

Məlumata görə, M.Həsənovun işdən çıxarılma səbəbi rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsi cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması olub.

Qeyd edək ki, sözügedən məsələni bir müddət əvvəl BakiPost.az saytı işıqlandırmışdı. Belə ki, Tovuz sakinləri Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağının bir hissəsinin cırılmış halda görüntülərini BakiPost.az-a göndərmişdi. Əhali icra başçısının bayrağa qarşı hörmətsizliyindən və laqeydliyindən şikayət etmişdi. Sözügedən materialı BURADAN ətraflı oxuya bilərsiniz.