BolgeXeber.Com » Xəbərlər » Əkbər Hacıyev bir küləyə dözmədi - ŞİKAYƏT

Əkbər Hacıyev bir küləyə dözmədi - ŞİKAYƏT

26-04-2017, 09:13
Oxunub: 3 501 Əkbər Hacıyev bir küləyə dözmədi - ŞİKAYƏTArtıq bir neçə gündür ki, Bakıda təbii qaz verilişində məhdudliyyətlər yaranıb

AZXEBER.COM-un məlumatına görə, Bakının Binəqədi, Nəsimi, Suraxanı, Yasamal, Xətai və Sabunçu rayonunda təbii qazın verilməsində problem yaranıb.

Sakinlərin sözlərinə görə, bir neçə gündür ki, qaz səhər saatlarından etibarən kəsilir, axşam 18:00-dan sonra verilir.

Sakinlərin daha bir şikayəti isə "Azəriqaz İB-in qaynar xətti kimi fəaliyyət göstərən 185 və 104 nömrələri ilə bağlı olub. Əhali problemlə bağlı bu nömrələrə zəng etsə də, kobud cavabla üzləşiblər: "Buna görə bizə zəng etməyin, qazın nə vaxt gələcəyini bilmirik".

Məsələylə bağlı "Azəriqaz" İB-lə əlaqə saxlasaq da, mətbuat xidməti də telefonlara cavab vermədi.