BolgeXeber.Com » Xəbərlər » Son 3 ildə 3 dəfə qazdılar, 3 dəfə asfalt çəkdilər - Bakıda milyonların itdiyi yoldan FOTOLAR

Son 3 ildə 3 dəfə qazdılar, 3 dəfə asfalt çəkdilər - Bakıda milyonların itdiyi yoldan FOTOLAR

26-04-2017, 12:06
Oxunub: 2 175  Son 3 ildə 3 dəfə qazdılar, 3 dəfə asfalt çəkdilər - Bakıda milyonların itdiyi yoldan FOTOLARSəbail rayonunda "Qurd qapısı" restoranından üzü Badamdar qəsəbəsinin içərisinə doğru gedən yol yenidən təmirə qapadılıb

2015, 2016 və son olaraq 2017-ci ildə növbəti dəfə təmir edilən yolda hərəkət məhdudlaşdırılıb.

AZXEBER.COM-un məlumatına görə, sözügedən ərazidəki yol 2015-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən təmir edilib. Bu təmir işlərinin ardından 2016-cı ildə yol "Azərsu” ASC tərəfindən yenidən təmirlə əlaqədar bağlanılıb. Su və kanalizasiya xətlərinin çəkilməsi üçün aparılan qazıntı işləri bitəndən sonra yolu "Azərsu” ASC təmir edib.

Portalımıza danışan "Azəravtoyol”un mətbuat katibi Anar Nəcəfli ərazidə heç bir iş aparmadıqlarını deyib. Onun sözlərinə görə, hazırda işlərin hansı dövlət qurumu tərəfindən görülməsi barəsində məlumatı yoxdur:

"2015-ci ildə yol BŞİH tərəfindən təmir edildi. 2016-cı ildə isə "Azərsu” ərazidə qazıntı işləri apardı. Ərazidə su və kanalizasiya xətləri yenidən çəkildikdən sonra "Azərsu” həmin yolu təmir etdi. Hazırda isə yolda hansı qurumun iş gördüyü ilə bağlı məlumatım yoxdur”.

Qeyd edək ki, hazırda yolda yenidən kanalizasiya xəttlərinin yenilənməsi üçün işlər görülür. 2016-cı ildə də yol məhz bu səbəbdən qazılmışdı.