Azərbaycanlı avtoriteti döydürən “oğru”lar ələ keçdi
28-06-2017, 16:52
Oxunub: 1 938
Moskvada bir neçə “qanuni oğru” saxlanılıb
Bolgexeber.com-un Lent.az-a istinadən məlumatına görə, “Merani” restoranında əməliyyat keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal avtoritetlərin “sxodka”sının qarşısını alıblar. “Sxodka”ya yığışanlar Rusiyanın ən böyük şəhərlərindən birinə nəzarətçi (“smotryayuşi”) təyin etməli idilər.
Məlumata görə, saxlanılanların sayı 11 nəfərdir. Onların arasında Kaxa Qalski və Qudja Kutaisski kimi nüfuzlu “qanuni oğrular” da var. Avtoritetlə Novosibirskə Paşa Beşenni ləqəbli Pavel Brusentsevi nəzarətçi təyin etməli idilər.
Pavel Brusentsev Antip ləqəbli “qanuni oğru” ilə yaxınlığı ilə tanınır. Məhz o və Antip bir qədər əvvəl Novosibirskdə azərbaycanlı avtoritet Kənan Cəlilovu həbsxanada ölümcül döydürmüşdülər. Cəlilov Novosibirskdə heç kimlə hesablaşmayan avtoritet kimi tanınırdı.
Bir neçən maddə ilə həbsdə yatsa da yenə də şəhərdəki əksər ticarət nöqtələrinə nəzarət edirdi. O vaxt təcridxana rəisinə külli miqdarda rüşvət verən Beşenni və Antip 10 nəfərdən çox məhbusun Cəlilovun kamerasına soxularaq, onu ölümcül döyməsinə nail olmuşdular. Cəlilov bir neçə gün koma vəziyyətində olsa da, həkimlərin səyi ilə ölümdən dönmüşdü. O, hazırda azadlıqdadır və əlil arabasında gəzir. Məlumata görə, Cəlilov hələ də Novosibirskdə hələ də söz sahibidir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər