Qadını şikəst edib, ailəsini 40 min manat ziyana salan həkim – VİDEOREPORTAJ
3-07-2017, 17:08
Oxunub: 2 328
Bakı sakini Fatma Cəfərova 2017-ci ilin yanvarında ayağında ağrılar hiss etdiyi üçün “Medika Hospital”-a müraciət edib
Yenicag.az xəbər verir ki, 65 yaşlı xəstəni müayinə edən cərrah-travmatoloq Emin Kazım Fatma Cəfərovanın yalnız əməliyyat yolu ilə sağalacağını bildirib. Yaşlı qadının ailəsindən 7 min manat əməliyyat pulu alan həkim, Fatma xanımın 3 günə ayağa qalxacağını deyib. Lakin əməliyyatdan sonra xəstənin vəziyyəti daha da pisləşib. Buna isə əməliyyat zamanı xəstənin ayaq sinirlərinin kəsilməsi və ayağına qoyulan implantın çürüməsi səbəb olub. Daha sonra vəziyyəti ağırlaşan Fatma Cəfərova Türkiyəyə aparılıb. Ümumilikdə, “Medika Hospital”-ın həkimi Emin Kazımın səhlənkarlığı xəstənin ailəsinə 40 min manata başa gəlib. Qadın 6 aydır ki, yatağa məhkum olub və türkiyəli həkimlər tərəfindən müalicəsi davam etdirilir.
Haqqında şikayət olunan Emin Kazımla da əlaqə saxladıq. Lakin o, saytımıza açıqlamasında iddiaları qəbul etmədi.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes