BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli təşkili üçün konsert proqramlarını davam etdirir

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli təşkili üçün konsert proqramlarını davam etdirir

4-07-2017, 10:26
Oxunub: 3 142 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli təşkili üçün konsert proqramlarını davam etdirirBərdə Regional Mədəniyyət və Turizm İdarəsi fəaliyyətə başladığı dövrdən etibarən əhalinin asudə vaxtının səmərəli təşkili olunmasına xüsusi diqqət yetirir

Bu məqsədlə regional idarənin tabeliyində olan mədəniyyət müəssisələri istirahət və əyləncə parklarında, hərbi hissələrdə, qaçqın şəhərciklərində mütəmadi olaraq görüşlər təşkil edərək əhaliyə musiqi çələngiylə dolu gözəl anlar yaşadır.

Sözü gedən tədbirlərdən biri də Regional İdarənin Bərdə rayon nümayəndəliyində baş tutub. Nümayəndəliyinin tabeliyində olan Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbi Bərdə rayonunda yerləşən bark-bulvar kompleksində, açıq hava altında yerləşən səhnədə konsert proqramı ilə çıxış edib. “2 iyun Azərbaycan Polisi Günü”nə təsadüf edən konsert proqramı maraq doğuran anlarla yadda qalıb.

Konsert proqramında 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfinin şagirdlərinin çəkdikləri rəsm əsərləri də nümayiş etdirilib ki, bu da öz növbəsində əhalinin mədəni istirahətinin daha da səmərəli təşkilinə xidmət edib. Onu da qeyd etmək yerinə düşər ki, gənc rəssamların “2 iyun Azərbaycan Polisi Günü” və vətənpərvərlik mövzularda çəkdikləri rəsm əsərləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Bununla yanaşı konsertdə səsləndirilən bir-birindən rəngarəng musiqi və rəqs nömrələri böyük marağa səbəb olub. İncəsənət məktəbin şagirdlərindən Əhmədov Elnur, Nəcəfov Tahir, Mənəfli İbrahim, o cümlədən müəllimlərdən Alim Əliyev və gənc ifaçılardan Musazadə Ramilə, Mahir Hüseynov, Qalib Məmmədov, Ramin Bayramov ifaları ilə konsertində xoş bir abu-hava yaradıblar.

Konsertdə yerli əhali, şəhərin qonaqları və rayona təşrif buyurmuş turistlər də yaxından iştirak edib. Şən və şux musiqi nömrələri konsert iştirakçılarının rəqsləri ilə müşayət olunub.

Sonda onu da qeyd edək ki, bu tipli tədbirlər Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən müntəzəm şəkildə təşkil olunmaqdadır.
Bolgexeber.com