BolgeXeber.Com » Xəbərlər » Lerikdə meşə mühafizəçisi və direktoru vəhşicəsinə döyülüb-VİDEO

Lerikdə meşə mühafizəçisi və direktoru vəhşicəsinə döyülüb-VİDEO

6-07-2017, 13:50
Oxunub: 4 165 Lerikdə meşə mühafizəçisi və direktoru vəhşicəsinə döyülüb-VİDEOLerikdə meşə mühafizəçisi və direktoru 14 nəfərlik dəstə tərəfindən vəhşicəsinə döyülüb

Meşəni qıran və 2 nəfərə ağır xəsarət yetirənlərdən artıq 3 nəfəri saxlanılıb.

Nazirliyin əməkdaşları "Qaz 66" markalı avtomaşınla meşə ərazisinə daxil olan bir qrup şəxsin izi ilə meşə ərazisinə daxil olublar. Müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin moto pilə ilə ağacları kəsdiyinin şahidi olublar. Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə, dəstə üzvləri meşə işçilərinə hücum edib. Əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər.

Hadisə nəticəsində xəsarət alanlar digər meşə işçiləri tərəfindən əvvəl Lerik rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlikn tibbi yardımdan sonra onların vəziyəti ağır olduğuna görə, Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıblar.

Araşdırmalar zamanı məlum olub ki, meşə işçilərinə, xidməti vəzifələrini yerinə yetirərkən ağır bədən xəsarətləri yetirənlər Lənkəran rayonunun köhnə Gəgran kəndinin sakinləridir. Artıq Lənkəranın Gəgiran kənd sakinləri İdris Novruzov və onun oğlanları Adil Novruzov və Rövşən Novruzov Lerik rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu şəxslər dəfələrlə qəsdən meşə işçilərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət edərək onları şantajla təzyiq altında saxlamaq və bununla meşədə öz qanunsuz qırıntılarına göz yumulmasına şərait yaradılmasına nail olmaq istəyiblər.

Bolgexeber.com