BolgeXeber.Com » Xəbərlər » Astarada evə basqın: naməlum şəxs 89 yaşlı qadını döydü-VİDEO

Astarada evə basqın: naməlum şəxs 89 yaşlı qadını döydü-VİDEO

6-07-2017, 15:10
Oxunub: 1 959 Astarada evə basqın: naməlum şəxs 89 yaşlı qadını döydü-VİDEOAstarada evə basqın olub və nəticədə 89 yaşlı qadın ağır yaralanıb

Hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Səhər saatlarında kənd sakini 89 yaşlı Kinəbacı Əsədullayevin evinə girən şəxs yatdığı yerdə ona təpiklə bir neçə zərbə endirib. Qadının qışqırığına oyanan qızı hadisə yerinə gələndə həmin şəxs evdən qaçaraq uzaqlaşıb. Qan içində olan qadın dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Başında və qolunda ağır xəsarətlər olan qadına dərhal tibbi yardım göstərilib. Hadisə ilə bağlı polis əməkdaşlarınada məlumat verilib.
Astara rayon polis şöbəsindən verilən məlumata görə, hələlik saxlanılan yoxdur, araşdırma aparılır, dəqiq məlumatlar araşdırmalar yekunlaşdıqdan sonra məlum olacaq.
Bolgexeber.com