Azərbaycanlılara qan udduran şəxs ələ keçdi
7-07-2017, 11:59
Oxunub: 2 216
90-cı illərdə Moskvada fəaliyyət göstərən “Orexovo-Medvedkovo” kriminal qruplaşmasının lideri Aleksandr Şarapov həbs edilib
Lent.az-ın Rusiya İstintaq Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, Şarapov 16 il idi ki Rusiyada axtarışa verilmişdi.
O, bir neçə qətldə, cinayətkar dəstə yaratmaqda, quldurluqda və digər cinayətlərdə ittiham olunur.
Xatırladaq ki, “Orexevo-Medvedkovo” qruplaşması Moskvanın ən qəddar cinayətkar qruplaşması hesab edilirdi. Əsəsən Moskvanın cənubunda fəaliyyət göstərən bu qruplaşmanın qurbanları arasında xeyli azərbaycanlı da olub. Onlar Moskvanın “Orexevo”, “Domodedovo”, “Kaşirskaya”, “Kantemirovskaya”, “Tsaritsino” və digər metrostansiyaları yaxınlığında ticarət və taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlılara qarşı xüsusi qəddar olublar. Həmin vaxt qruplaşma üzvləri bir neçə azərbaycanlını qətlə yetirmişdilər. Onlarla azərbaycanlının ticarət nöqtələri isə əllərindən alınmışdı. Əksər azərbaycanlılar isə qruplaşmaya böyük məbləğdə haqq ödəyirdilər.
46 yaşlı Şarapov Rusiyanın Vladimir şəhərində saxlanılıb və Moskvaya gətirilib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər