Bakıda “Range Rover”lə ağır qəza törədən “AZAL”ın pilotu imiş - Foto
21-09-2022, 12:20
Oxunub: 2 096
“Koroğlu” metrosunun yaxınlığında “Range Rover”lə piyadanı vurub öldürən sürücünün məhkəməsi keçirilib.
Azmedia.Az xəbər verir ki, hadisə bu il martın 16-na keçən gecə, Heydər Əliyev prospektinin metronun “Koroğlu” stansiyasının qarşısından keçən hissəsində qeydə alınıb. Sürücü idarə etdiyi “Range Rover Sport” markalı avtomobillə 51 yaşlı Mirzəyev Güloğlan İsmayıl oğlunu vurub.
Lüks avtomobilin sürücüsü, 1980-ci il təvəllüdlü Qəniyev Ruslan Ədiloviç Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib. Bakının Nizami Rayon Məhkəməsində ona 1 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə nəticəsində vəfat edən şəxs “Ət bazarı”nda alverlə məşğul olub. Qəzanı törədən sürücü isə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) “Airbus” hava gəmisinin kapitanıdır. O, saat 00:07-də evinə qayıdarkən G.Mirzəyev qəfil prospekti keçməyə çalışıb. Nəticədə “Range Rover Sport” markalı avtomobilin altında qalan şəxs vəfat edib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər