BolgeXeber.Com » Xəbərlər » "Şəhid bacısı" adlı profil açıb, camaatdan pul yığdı - VİDEO

"Şəhid bacısı" adlı profil açıb, camaatdan pul yığdı - VİDEO

21-09-2022, 17:50
Oxunub: 2 032 Sosial şəbəkə seqmentlərində "şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.
O törətdiyi əməli etiraf edib.
Araşdırmalar davam etdirilir.