BolgeXeber.Com » Xəbərlər » Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

22-09-2022, 09:40
Oxunub: 2 200 Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq.
Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək.
Meydan sahiblərində cəzalı Yuray Kuçka, Azərbaycan komandasında isə Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcək. Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq.
22 sentyabr
UEFA Millətlər Liqası
V tur
22:45. Slovakiya - Azərbaycan
Baş hakim: Uilyam Kollam
Trnava. Antona Malatinski stadionu
Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.