BolgeXeber.Com » Xəbərlər » Goranboyda məktəb direktoru müəllimi döydü

Goranboyda məktəb direktoru müəllimi döydü

22-09-2022, 14:05
Oxunub: 664 Goranboy rayonunda məktəb direktoru müəllimi döyərək xəsarət yetirib.
Goranboy rayon Kələk kənd tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranması nəticəsində direktor müəllimi döyərək ona xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Trend-ə açıqlamasında bildirib ki, rayonun Kələk kənd tam orta məktəbində hadisə baş verməsi ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub:“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.