BolgeXeber.Com » Xəbərlər » DİQQƏT! - DİN bu şəxsləri Bakı Metropoliteninə buraxmır

DİQQƏT! - DİN bu şəxsləri Bakı Metropoliteninə buraxmır

29-09-2022, 15:20
Oxunub: 1 656 "Metropolitenə keçirilməsi qadağan olunan əşyalar aşkar olunduqda həmin əşyalarla sərnişinlər stansiyalara buraxılmır".

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunan qayda və tələblərə uyğun xidmət təşkil olunub:

"Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar tətbiq edilir".