BolgeXeber.Com » Xəbərlər » Baş prokuror: "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir

Baş prokuror: "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir

1-10-2022, 10:32
Oxunub: 1 816 "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir".
Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, hazırda istintaq davam etdirilir: “Qanunun tələb etdiyi bütün zəruri tədbirlər yerinə yetiriləcək”.
O həmçinin qeyd edib ki, Ali Məhkəmənin Plenumu "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib.
Kamran Əliyevin sözlərinə görə, Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikası Baş prokurorunun "Tərtər işi" ilə bağlı ərizəsi təmin olunub:
"Məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib”.