BolgeXeber.Com » Xəbərlər » Səs yazısı ilə gündəm olan direktor cəzalandırıldı

Səs yazısı ilə gündəm olan direktor cəzalandırıldı

1-10-2022, 11:20
Oxunub: 1 912 Bakı Şəhəri üzrə Təhsil İdarəsi 45 nömrəli tam orta məktəbin direktoru ilə bağlı məlumat yayıb.
Qurumun məlumatında bildirilir: "Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Hazırda N.Axundova səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır. Müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.